Skip to content
zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
PLANET FM
PLANET FM
Astronomy
Technology
Careers
Azerbaijani
Elm və Kosmosu daha yaxın etdik!
Website
Episodes
Episodes
300
30 July 2026
Şuşada Aşkar Olunan Gizli İrs: Yusif Vəzir Çəmənzəminlinin İtkin Əsərləri Tapıldı!
Şuşada təqdimatı keçirilən "Millət Fədaisi: Yusif Vəzir Çəmənzəminli İrsinin İzində" kitabı ədəbiyyat tariximizə işıq tutur. "Zaman Maşını" verilişinin bu buraxılışında Mənxəz Milli İrs Araşdırmaları İB-nin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətli ilə birgə Y.V.Çəmənzəminlinin son dövrlərdə aşkar edilmiş 100-ə yaxın məqaləsi, felyetonu, tərcümələri və "Əli və Nino"...
36 min
30 July 2026
Azərbaycanda Trüfel Göbələyi Və Milyonluq İxrac Potensialı
Planet FM-in "Zaman Maşını" verilişində "Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Lalə xanım Həmidova dünyanın ən bahalı qidalarından olan trüffel göbələyi (truffle mushroom) və onun Azərbaycandakı potensialı haqqında unikal faktlar açıqlayır. Trüfel ilə dombalan göbələyi arasındakı fərqlər, trüffelin fındıq və palıd ağacları ilə simbioz əlaqəsi, xüsusi...
41 min
28 July 2026
Londondan Bali və Mərakeşə Səyahət: Vizasız Ölkələr və Sörfinq Düşərgəsi
Planet FM-in "Planeti Visa ilə kəşf edək" verilişində Londonda yaşayan azərbaycanlı marketinq mütəxəssisi və bloger Yasmin Köçərli ilə vizasız Mərakeş səyahəti, Balidə sağlam həyat tərzi və Londondakı biznes reallıqları haqqında səmimi həmsöhbət olduq!Bu podcastda vizasız Mərakeş (Morocco) səyahətinin sirləri, Imsouane şəhərindəki sörfinq düşərgəsi (surf camp) təcrübələri, Səhrada qlempinq...
23 min
28 July 2026
Cənubi Afrika və İordaniya Səyahəti - Viza, Qiymətlər Və Təhlükəsizlik
Planet FM-in "Planeti Visa ilə kəşf edək" verilişində rəssam, "face art" ustası Elmira Qədirova ilə Cənubi Afrika Respublikasına (Keyptaun) və İordaniyaya (Petra) tək səyahət təcrübəsindən bəhs etdik. Cənubi Afrika vizası almağın yolları, okeanda qəfəsdə köpək balıqları ilə üzmək (və imzalanan ölüm sənədi), isti Afrika pinqvinləri, Keyptaunda təhlükəsizlik qaydaları, sax saxta polislər və...
34 min
27 July 2026
Valideynlərin Etdiyi Böyük Səhvlər - Uşaqlarda Geç Danışmaq Autizm Əlamətidirmi?
Planet FM-in "Zaman Maşını" verilişində fəlsəfə doktoru, pediatr və dünyanın ən nüfuzlu tibb ocaqlarından olan Boston Children's Hospital-ın (Harvard) elmi işçisi Ülviyyə xanım Aslanova uşaq inkişafı və pediatriya məsələlərini təhlil edir.Autizm spektr pozuntusunun (ASD) artma səbəbləri, ata yaşının autizmə təsiri, Daun sindromu, uşaqlarda erkən inkişaf mərhələləri ("milestones"), peyvəndlər...
39 min
24 July 2026
10$ GİRİŞ HAQQI! - Bali-yə Getməzdən Əvvəl Bilməli Olduqlarınız
Planet FM-in "Planeti Visa ilə kəşf edək" verilişində rəqəmsal nomad, karyera bələdçisi və Asiya üzrə turlar təşkil edən Piruzə Quliyeva (nomadic_piruza) Bali, Vyetnam və Şri-Lankada yaşamağın və səyahət etməyin unikal sirlərini bölüşür.Bali adasında influnserlərə qoyulan yeni viza qadağaları, Vyetnamın Da Nanq şəhərində lüks və ucuz həyat tərzi, 5 manatlıq masajlar, Pho Bo şorbasının sirləri və...
30 min
23 July 2026
Hindistana Gəlin Gedən Məşhur Ədliyyəçi: Təmizlik, Adətlər Və Şok Həqiqətlər
Planet FM-in "Planeti Visa ilə kəşf edək" rubrikasında Hindistana gəlin gedən Narmina Umrani Hindistan həyatının naməlum tərəflərindən, Pune şəhərinin mədəniyyətindən, hind ailələrinin adət-ənənələrindən və yerli mətbəxin maraqlı sirlərindən danışır.Hindistanda təmizlik və sanitariya vəziyyəti necədir? Qadınlara qarşı hörmət və qadağalar, ayağa taxılan "payal"bilərziklərinin mənası, nağdsız...
36 min
23 July 2026
İqlim Dəyişikliyi Sağlamlığımıza Necə Təsir Edir? | İctimai Səhiyyə Və Həkim Tövsiyələri
Planet FM-in "İqlim gündəliyi" verilişində iqlim dəyişikliyi və ictimai səhiyyə arasındakı birbaşa əlaqələr, ekstremal isti dalğaları, havanın çirklənməsi, yoluxucu və vektor xəstəliklərinin yayılması müzakirə olunur.Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin dosenti Nərminə Göyüşova və uzmantərapevt Gülər Novruzlu qlobal və lokal iqlim risklərindən, həssas qrupların (hamilələr, uşaqlar,...
40 min
22 July 2026
800 İLLİK ƏXLAQ DƏRSİ! - Nizami Gəncəvinin Kamil İnsan Düsturu | Əxlaq Və Gənclərə Mesajlar
Planet FM-də "Zaman Maşını" verilişinin "Nizami söhbətləri" rubrikasının növbəti buraxılışında dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin 885 illik irsi, onun əsərlərindəki əxlaq fəlsəfəsi, kamil insan anlayışı və gənclərə verdiyi tarixi mesajlar müzakirə olunur.Azərbaycan Dövlət Pedagoji Universitetinin kafedra müdiri, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov Nizaminin...
30 min
22 July 2026
ChatGPT 5.6-da YENİLİK - Cenevrə Səyahəti Və Qlobal Sİ Sammiti
Azərbaycan Gənclər və İdman Nazirinin müşaviri Ramil Cabbarov İsveçrənin Cenevrə şəhərində keçirilən BMT dəstəkli Birləşmiş Millətlər Təşkilatının Qlobal Süni İntellekt Sammiti (AI for Good Global Summit) təəssüratlarını bölüşür. OpenAI tərəfindən təqdim edilən ChatGPT 5.6 Sol versiyası, Meta eynəkləri, humanoid robotlar, İsveçrədəki lüks yaşam qiymətləri və süni intellektin gələcəyi bu...
36 min