Skip to content
zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
Dalğa FM
Dalğa FM
Music Interviews
Music
Society & Culture
Azerbaijani
"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et
Website
Episodes
Episodes
300
30 July 2026
Malik Həsənov və Səidə İbrahimli ilə "Sarı bülbül" layihəsi haqqında I Sənətin səsi
"Sənətin səsi"nin qonaqları xanəndə, pedaqoq Malik Həsənov və telejurnalist Səidə İbrahimli oldu. Verilişdə "Sarı bülbül" layihəsinin yaranma ideyası, məqsədi və həyata keçirilmə prosesi haqqında söhbət apardıq.
35 min
29 July 2026
Uşaqlarda qida seçiciliyi I Valideyn saatı
"Valideyn saatı" verilişinin qonağı pediatrik nutrisioloq, uşaq qidalanması və piylənməsi üzrə mütəxəssis Nəzrin Ağayeva ilə uşaqlar arasında tez-tez rast gəlinən və bir çox valideyni narahat edən qida seçiciliyi mövzusunu müzakirə etdik. Qida seçiciliyinin səbəbləri, bunun uşağın inkişafına təsiri, valideynlərin bu vəziyyətdə necə davranmalı olduğu, məcburi yedizdirmənin doğru olub-olmaması,...
39 min
29 July 2026
Kazım Həsənquliyev aktyorluq sənətinin incəliklərindən danışdı Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı aktyor, Əməkdar artist, Prezident mükafatçısı Kazım Həsənquliyev oldu. Səhnədə yaddaqalan obrazlar yaradan aktyorla yaradıcılıq yolu, aktyor peşəsinin incəlikləri, sənətdə qazandığı uğurlar barədə söhbət etdik.
37 min
28 July 2026
Azərbaycanda moda brendi qurmağın sirləri I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı“Leya Couture” və “Dably Baku” markalarının yaradıcısı və dizayneri, həmçinin “Dably Social” restoranının direktoru Leyli Zalova oldu. Verilişdə moda sahəsində uğurlu brend yaratmağın sirrləri, şəxsi biznes yolunda qarşıya çıxan çətinliklər, yerli moda sənayesinin inkişaf perspektivləri, kreativ yanaşmanın biznesdə rolu barədə danışdıq.
30 min
28 July 2026
Teatr, dramaturgiya və yaradıcılıq - Əli Əmirli I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli oldu. Verilişdə Əli Əmirlinin yaradıcılıq yolu, dramaturgiya sahəsində qazandığı uğurlar, Azərbaycan teatrının bugünkü inkişaf mərhələsi haqqında danışdıq.
41 min
27 July 2026
Beynəlxalq səhnədə qələbə qazanan duet – yaradıcılıq yolu və uğurn I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı Özbəkistanda keçirilən III Beynəlxalq Makom Festivalında I yerə layiq görülən sənətçilər – Respublika və beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Nurəddin Tağıyev və zərb alətləri ifaçısı Teymur Cəbrayılov qonaq oldular. Onlar festivalın yaratdığı təəssüratlar, beynəlxalq səhnədə Azərbaycan musiqisinin qazandığı uğur, yaradıcılıq yolları haqqında...
38 min
24 July 2026
Uşaqlar və informasiya təhlükəsizliyi I Valideyn saatı
"Valideyn saatı" verilişinin qonağı media eksperti Müşfiq Ələsgərli ilə uşaqların internetdə qarşılaşa biləcəyi risklər, saxta məlumatların təsiri, kibertəhlükələr, sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, valideyn nəzarətinin əhəmiyyəti və rəqəmsal savadlılığın artırılması yolları haqqında danışdıq.
30 min
24 July 2026
Elşən Rüstəmovla aktyorluq sənəti, yaddaqalan rollar və yeni layihələr I Sənətin səsi
"Sənətin səsi" verilişinin qonağı aktyor, Əməkdar artist Elşən Rüstəmov oldu. Teatr səhnəsində və ekranlarda yaddaqalan obrazlar yaradan sənətkarla yaradıcılıq yolu, aktyorluq peşəsinin incəlikləri, səhnə və kamera qarşısında qazandığı təcrübələr, eləcə də yeni layihələri barədə söhbət etdik.
40 min
23 July 2026
Moda biznesində uğur qazanmağın sirləri I Biznes inciləri
"Biznes inciləri" verilişinin qonağı "Tuva" brendinin təsisçisi Şəbnəm Bayramova brendin yaranma hekayəsindən, yerli moda sənayesində uğur qazanmağın sirlərindən, dizayn yanaşmasından və Azərbaycan mədəniyyətinin müasir geyimlərdə əks etdirilməsindən danışdı. O, həmçinin sahibkarlıq yolunda qarşılaşdığı çətinlikləri, beynəlxalq moda mühitində qazandığı təcrübəni və gələcək hədəflərini bölüşdü
46 min
23 July 2026
Xalq artistinin sənət yolu və musiqi irsi | Məmmədbağır Bağırzadə I Sənətin səsi
"Sənətin səsi" verilişində Xalq artisti Məmmədbağır Bağırzadənin zəngin sənət irsi haqqında söhbət etdik. Verilişin qonaqları sənətkarın oğlu Rahim Bağırzadə və nəvəsi Məmmədbağır Bağırzadə onun sənət yolu, illər keçsə də sevilərək dinlənilən mahnıları, xatirələri və onun Azərbaycan musiqisinə bəxş etdiyi irs barədə danışdılar.
35 min